AZ

Leobank və Visa Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir

Leobank 2024-cü il Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olan Visa ilə birlikdə lotereya keçirir. İyunun 17-dək davam edəcək lotereya çərçivəsində qaliblər Parisə ikinəfərlik səyahət paketi qazanacaq. Lotereyada iştirak etmək üçün Leobank tətbiqindən Leo Prime Visa VIP kartını sifariş etmək kifayətdir.

"Unikal" xəbər verir ki, Leobank və Visa-nın reklam kampaniyasının siması cüdo üzrə dörd Avropa titulunu qazanan yeganə cüdoçu Hidayət Heydərov seçilib. Qeyd edəki ki, Azərbaycan cüdoçusu 2024-cü il aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə qalib olub. 

Leobank və Visa lotereyasının qalibləri Olimpiya Oyunlarının tribunalarında idmançımızı şəxsən dəstəkləyə və onun qələbəsinin şahidi ola biləcəklər!

Adi qara Leo kartı olan hər bir Leobank müştərsi öz kartının statusunu VIP-ə yüksəltməklə, lotereyada iştirak edə bilər. Hazırda Leo kartı olmayan, amma iyunun 17-dək adi qara Leo kart sifariş edən və bu müddət ərzində kartın statusunu VIP-ə yüksəldən müştərilər də avtomatik olaraq lotereya iştirakçısına çevriləcək. 

2024-cü il Olimpiya Oyunlarına iki ədəd səyahət paketinin uduş tirajı 21.06.2024-cü il tarixində Leobank-ın Instagram səhifəsində canlı yayımda keçiriləcək. Qaliblər random üsulu ilə təsadüfi olaraq seçiləcək və Leobank onları öz veb-saytında və sosial şəbəkələrində elan edəcək.

Lotereya qaliblərinin qazanacağı səyahət paketinə aşağıdakılar daxildir:

- Parisə ikinəfərlik təyyarə biletləri

- The Hoxton Paris hotelində ikinəfərlik 4 gecəlik qonaqlama

- Bağlanış mərasimi də daxil olmaqla 3 Olimpiya yarışına biletlər

- Hava limanından transfer, metro kartı, Paris Pass turist kartı

Lotereyada iştirak imkanı yaradan Leo Prime Visa kartı VIP müştərilər üçün əlavə imtiyazlar təqdim edən premium kartdır. Məsələn: hava limanlarında VIP xidmət, 24 saat konsyerj xidməti, bankdan bonuslar, ödəniş sistemlərindən endirimlər və loyallıq proqramları və sairə.

Leobank Azərbaycanda ilk “mobile-only” (filialsız) bankçılıq xidmətidir. Artıq 1 milyondan çox müştəri banka getmədən “Unibank”ın bu bankçılıq xidmətindən faydalanır.

Veb-sayt: https://leobank.az/az/paris

Sosial şəbəkələr:


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
unikal.az

10Mənbələr