AZ

Rusiyanın Azərbaycandakı səfiri Xocalıya gedib - FOTO

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Rusiya sülhməramlıları ilə vida mərasimi üçün Xocalıya gedib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" nəşri yazıb.

Mənbə qeyd edir ki, Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Rusiya Quru Qoşunları Baş Komandanının birinci müavini Yevgeni Nikiforov da mərasimə qatılıb. 
Xatırladaq ki, Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
bizim.media

1Mənbələr