AZ

"Əl-Nəsr" daha bir tanınmış futbolçunu gətirir

"Əl-Nəsr" yayda "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşin transferini başa çatdırmaq üçün ciddi şəkildə pul ayırmağa hazırdır.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə komandası anlaşmanın çətin göründüyünü başa düşür. Bununla belə, rəhbərlik transferi başa çatdırmaq üçün əlindən gələni etmək niyyətindədir.

Daha əvvəl bildirilmişdi ki, 29 yaşlı portuqaliyalı daha rəqabətli kluba keçmək üçün komandasını tərk etmək istəyir. Brunonun Səudiyyə Ərəbistanına potensial köçməsi ilə bağlı nə hiss etdiyi hələ məlum deyil. Bu mövsüm Fernandeş İngiltərə Premyer Liqasında 10 qol vurub, 7 məhsuldar ötürmə edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
90deqiqe.az

1Mənbələr