AZ

Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb

Bakı. Trend:

Son günlər Cənubi Qafqazdakı proseslər sürətlənib. Geosiyasiolaylarla geoiqtisadi məcradakı hadisələr bir-birləri ilə yarışagirmiş təki cərəyan edir. Regiondan çox kənarda olan dövlətlər,təşkilatlar və siyasətçilərsə merkantil maraqlarını təmin etməküçün malik olduqları bütün vasitələrdən faydalanmağaçalışırlar.

Hadisələrin dinamikasında da dəyişikliklər var. İkinci QarabağMüharibəsi başa çatan gündən ötən ilin sonlarınadək ABŞ, Fransa vəAvropa İttifaqı (Aİ) bölgədəki təsir imkanlarını maksimumaçatdırmağın yollarını arayır, çeşidli ssenarilər hazırlayırdılar.Azərbaycan və Türkiyənin monolit əməkdaşlığını, çox sıx müttəfiqlikəlaqələrini öz maraqlarına təhlükə sayan dövlətlərlə təşkilatlartədricən aktivləşirdilər. Təbii ki, bilavasitə region dövlətləriolan Rusiya və İran kollektiv Qərbin planlarını təxminlədiklərindənCənubi Qafqazdakı mövqelərinin zəifləməsinin qarşısını almağaçalışıblar və indi də bu proses davam edir.

Azərbaycan, Gürcüstan və Ermənistanda isə hadisələr tamamənfərqli məcralardadır.

Cənubi Qafqazdakı vəziyyətə ötəri də olsa, nəzər salaq.

1. Azərbaycanın yürütdüyü xarici siyasət mövqelərin qorunmasıilə yanaşı, təsir rıçaqlarının genişləndirilməsinə və beynəlxalqhüququn normativ əsasları çərçivəsində məqsədə çatmaqstrategiyasına əsaslanır. Qarabağlı ermənilərin separatizmi vəErmənistanın işğalı ilə bağlı onillərdən bəri davam edənproblemləri həll edərək tarixin arxivinə yollayan rəsmi Bakı2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası vəErmənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinəəsasən Qarabağ ərazisinə Rusiya Sülhməramlı Kontingenti (RSK)yeridilmişdi.

RSK-nın statusu Azərbaycan parlamenti tərəfindən təsdiqlənməmişvə ratifikasiya olunmamışdı: məhz bu səbəbdən Bakı rusiyalıhərbçilərin fəaliyyət müddətlərinin başa çatacağı 2025-ci ildən tezölkədəqn çıxara biləcəyinə əmin idi.

Rəsmi Moskva və İrəvan isə tam əksinə, rusiyalı sülhməramlılarınAzərbaycan ərazisində mümknü qədər çox qalmaları üçün səlahiyyətmüddəti ilə bağlı anlaşmanın vaxtının uzadılmasına(prolonqasiyasına) ümid edirdilər.

Amma bölgədə hadisələrin Moskvanın planlaşdırdığı məcradançıxması, Ermənistanın Qərbə inteqrasiya strategiyasınıpərdələməməsi situasiyanı dəyişdi. Rusiya Cənubi Qafqazdakıeffektiv təsir imkanlarını bütünlüklə itirməmək üçün RSK-nıAzərbaycan ərazisindən tələsik çıxarmağa, bununla da Bakı-İrəvanistiqamətindəki birbaşa danışıqlara Qərbin müdaxiləsini minimumaendirməyə can atdı.

RSK-nı çıxarmaqla Rusiya birmənalı olaraq Qərbə "biz proseslərəmüdaxilə etmirik, sizin də müdaxilənizə imkan verməyəcəyik"ismarıcını açıq şəkildə yolladı.

Formalaşan yeni vəziyyətdən Azərbaycan məharətlə, özü dəmaksimum səviyyədə istifadə etməkdədir. Ermənistanla hər hansıbeynəlxalq vasitəçilik mexanizmi olmadan danışıqlar aparaq, birbaşatəmaslar quran rəsmi Bakı bu minvalla sülh sazişinin imzalanması,şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, nəqliyyatkommunikasiyalarının bərpası və yeni loqistika marşrutlarınınistifadəyə verilməsi, habelə digər zəruri məsələlərlə bağlıErmənistanla konkret müzakirələr aparır.

Müzakirələr və danışıqların konstruktiv məcrada olması Bakınınmövqelərini daha da gücləndirməkdədir. Üstəlik, Azərbaycanın bütündigər qonşu dövlətlərlə normal və adekvat münasibətlərdə olduğununəzərə alsaq, Bakı hazırda Cənubi Qafqaz bölgəsində geosiyasigərginliyi azaltmaq, stabil şəraitin bərqərar olmasına doğrusəbatlı addımlar atmaq və hər hansı formada eskalasiya riskiniminimuma endirməkdədir.

2. Gürcüstanda baş verən hadisələr, xüsusilə də "Xarici təsirinşəffaflığı haqqında" qanun layihəsinin ölkə parlamentində qəbuledilməsindən sonra daha da aktivləşən etiraz aksiyaları Tbilisidəgərginliyin yaxın vaxtlarda azalmayacağının göstəricisidir.Xaricdən maliyyələşən təşkilatların fəaliyyətlərinintransparentliyinin və onların dövlət qurumlarına maliyyəhesabatlarını təqdim etmələrinin zəruriliyi ilə bağlı qanunlayihəsindəki tələblər tamamilə normal, məntiqi müddəalardır.

Gürcüstana Avropa İttifaqında üzvlüyə namizəd statusununverilməsi, xüsusilə də 44 günlük İkinci Qarabağ MüharibəsininErmənistanın kapitulyasiyası ilə başa çatması, daha sonra rusiyalısülhməramlıların Azərbaycanı tərk etməsi və s. kimi proseslərregiondan kənar güclərin Cənubi Qafqazda ifrat dərəcədəfəallaşmasına səbəb oldu. Bununla eyni zamanda, Qərbin bölgədətəsir imkanlarının artmasına yol vermək fikrində olmayan Rusiya vəİran da fəallaşıblar.

Bütün bunları nəzərə alsaq, bir məqamı unutmamalıyıq:Azərbaycana müstəqil, suveren və kənar güclərdən asılı olmayanGürcüstan gərəkdir.

3. Ermənistandakı vəziyyət Cənubi Qafqazda gərginliyinartmasının əsas səbəblərindən biri ola bilər. Aprelin 5-dəBrüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, AvropaKomissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın başnaziri Nikol Paşinyan arasında keçirilən görüş rəsmi İrəvanın Qərbəistiqamətlənmiş siyasətdə qərarlı olduğunu,Vaşinqton-Paris-Bürüssel triosunun da erməniləridən vasitə qismindəistifadə edərək Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıbçıxarmaq niyyətini tam aşkarladı.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişininimzalanmasına yönəlmiş danışıqlar prosesindəki Vaşinqton və Brüsselplatformalarının uğursuzluğa düçar olmasından sonra Qərbmövqelərini bərpa etmək üçün çox cəhdlər etsə də, ciddi uğura nailola bilməyib.

Səbəb bəsitdir: Fransanın bölgəmizdəki destruktiv və dağıdıcırolunun fəsadlı olmasını Bakı dəfələrlə vurğulasa da, VaşinqtonlaBrüssel müşahidəçi mövqe tutublar. Beləcə, onlar yeni mövqe6lərəldə etməyə səy göstərir, amma itkiləri bərpa etmək mümkündeyil.

Buna Rusiyanın davranışı da dəlalət edir. Azərbaycandan RSK-nıçıxarmaqla Bakı, Azərbaycanla şərti dövlət sərhədindən vəİrəvandakı hava limanından hərbçilərini çıxarmaqla İrəvan iləəlaqələrini qorumağa çalışan Moskva istəyinə böyük əhəmiyyətetibarilə nail olub.

Aprelin 19-dan bəri Ermənistanda səngiməyən etiraz aksiyaları,Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinindemarkasiyasının və delimitasiyasının Tavuş (Tovuzqala) rayonundakı4 kəndin 32 illik işğaldan azad edilərək Azərbaycana təhvilverilməsinə, sülh sazişinin imzalanması prosesinə etiraz edənlərinaksiyalarının mənşəyi, səbəbi və perspektivləri məlumdur.

Ermənistan xarici güclərdən asılılığı azaltmağa çalışmasa, onuağır problemlər gözləyir.

Ermənilərin həmin müşküllərin öhdəsindən gələ biləcəkləriinandırıcı təsir bağışlamır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
4
az.trend.az

1Mənbələr