AZ

Qazaxıstan əcnəbilər üçün yeni viza tətbiq etmək istəyir

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan xarici vətəndaşlar üçün müasir köçəri vizası (Neo Nomad Visa) tətbiq etmək istəyir. Bu, onlara ölkədə uzunmüddətli qalmaq hüququ verəcək.

Banco.az xəbər verir ki, ölkənin turizm və idman naziri Ermek Marjikpayevin sözlərinə görə, “Neo Nomad Visa” bu ildən tətbiq oluna bilər. O bildirib ki, bu tədbirin həyata keçirilməsindən gözlənilən iqtisadi effekt ildə 6,8 milyon dollardan çox olacaq.

Məlumata görə, viza bir il müddətinə İT işçilərinə, jurnalistlərə və məsafədən işləyə bilən digər mütəxəssislərə veriləcək.Onu almaq üçün namizəd tibbi sığorta təqdim etməli və gəlirinin ayda ən azı 3000 ABŞ dolları olduğunu təsdiq etməlidir.

Qeyd edək ki, ilk növbədə, viza Qazaxıstanın qarşılıqlı vizasız rejimdə olduğu ölkələrin vətəndaşları üçün tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
banco.az

1Mənbələr