AZ

Mustafa Yavuz: Qardaş ölkə Azərbaycanla sərhəd ticarətinin inkişaf etdirilməsi arzusundayıq

Mustafa

Naxçıvan, 15 may, Nail Əsgərov, AZƏRTAC

Naxçıvana gerçəkləşən bu ziyarətimizdən böyük məmnunluq duyuruq. Türkiyə Cümhuriyyəti Ticarət Nazirliyi olaraq qardaş ölkə Azərbaycanla, onun Naxçıvan Muxtar Respublikası ilə sərhəd ticarətinin inkişaf etdirilməsi arzusundayıq.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuz söyləyib.

O deyib: “Bizim qonşu vilayətlər - İğdır və Qars ilə ediləcək sərhəd ticarətinin iki ölkədə yaşayan vətəndaşlara da faydası olacağını düşünürük. İnanırıq ki, bu gerçəkləşdirəcəyimiz işlərlə, fəaliyyətlərlə ikili ticarət məhsulları daha yüksək səviyyələrə çıxacaq və hər kəsin xeyirinə bir ticarət reallaşacaq”.

Qeyd edək ki, bu gün Naxçıvan Biznes Mərkəzində dövlət rəsmiləri, Türkiyə Respublikasının Ticarət Nazirliyi və Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndə heyəti və naxçıvanlı sahibkarların iştirakı ilə “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları” mövzusunda tədbir keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
azertag.az

1Mənbələr