AZ

Zəngəzur dəhlizinin təhlükəsizliyi kimi əmanət olunacaq? - ŞƏRH

Bir müddət öncə Litvanın İrəvandakı səfiri Andrius Pulokas jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsində “Kalininqrad modeli”nin tətbiqini münasib görmüşdü.

Özünü buraxmış separatçıların qondarma “müdafiə naziri” olmuş Samvel Babayan da Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad modelinin tətbiqini dəstəkləyib.

Bəs təklif olunan bu dəhliz modeli Azərbaycanın da maraqlarına uygundurmu?

Azərbaycan kommunikasiyaların açılması məsələsində “Kalininqrad modeli”nin tətbiqinə razı olacaqmı?

Mövzu ilə bağlı siyasi şərhçi Əzizi Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Ə.Əlibəyli bildirib ki, “bu model əslində təhlükəlidir. Bunun müsbət və mənfi tərəfləri var. Söz yox ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanın müəyyən hüquqları təsbit olunur. Ancaq sual "Kalininqrad modeli" nin nə qədər etibarlı olmasıdır. Latviya yaxın vaxtlarda Rusiya mallarının buradan keçirilməsinin qəti əleyhinə olduğu üçün sanksiyalar həyata keçirdi. Azərbaycanın isə mövqeyi belədir ki, Azərbaycanın yükləri, malları, ümumiyyətlə daşınan hər hansı bir yük, bəlkədə insan fərqi yoxdur, bunlar yoxlanışa məruz qalmamalıdır. Belə çıxır ki, əsas məsələ bütövlükdə təhlükəsizlik faktorudur.

Rusiyanın Kalininqrad bölgəsinə kim hücum edəcək ki real şəkildə? Latviya hücum edəcək yoxsa hər hansısa bir ölkənin buranı işğal edilməsi məsələsi gündəmdə qalacaq? Amma biz bunu tətbiq etsək Azərbaycanın mülkiyyətinə aid olmayan hansısa bir istifadə üçün standart müəyyən olunmuş Zəngəzur dəhlizinin təhlükəsizliyi kimi əmanət olunacaq? Ermənilərə? Yəni bu baxımından nə dərəcədə uğurludur “Kalininqrad modeli”, bunu demək çox çətindir.

Eltac Zülfüqaroğlu / Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
turkustan.az

1Mənbələr