AZ

Ukrayna üçün artilleriya mərmiləri alınacaq

Latviya Ukraynanın artilleriya mərmilərinə olan ehtiyaclarını ödəmək üçün müvafiq addımların atılmasını davam etdirəcək. Bu barədə məlumat verən Latviyanın müdafiə naziri Andris Spruds deyib ki, Ukrayna üçün artilleriya mərmiləri alınması məqsədi ilə hökumət tərəfindən 10 milyon avro ayrılıb. Onun sözlərinə görə, 10 milyon avroya Ukrayna üçün 3 mindən çox iriçaplı 155 mm-lik mərmi alınaraq təyinat yerinə çatdırılacaq.

Andris Spruds həmçinin qeyd edib ki, Ukraynanın hərbi ehtiyaclarını təmin etmək üçün Latviya yayda mindən çox pilotsuz təyyarə alaraq qarşı tərəfə təqdim edəcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
oxumeni.az

1Mənbələr