AZ

“İmagro” şirkəti “Caspian Agro 2024” sərgisində məşhur brendlərin texnikalarını nümayiş etdirir - FOTO

“Improtex” Şirkətlər Qrupuna daxil olan “İmagro” şirkəti bir çox dünya brendini ölkəmizə idxal edərək aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı texnikalarının satış və servisini həyata keçirir. Şirkət kənd təsərrüfatı üçün son texnoloji xüsusiyyətlərə və standartlara malik texnikaların istehsalında dünya liderləri olan “Massey Ferguson”, “Hattat” və digər dünya brendlərinin respublikamızda rəsmi distribütorudur.

Həmçinin “İmagro şirkəti, ən son texnoloji yeniliklərə və Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş “İmprotex İndustries” zavodunun “Made in Azerbaijan” brendi ilə yerli istehsalı olan müxtəlif təyinatlı kənd təsərrüfatı qoşqularının, yarımqoşqularının, meyvə toplama platformasının, müxtəlifhəcmli lafetlərin, yanacaq və su çənlərinin dövlət dəstəyi ilə satışını təşkil edir.  

Bakı Expo Mərkəzində keçirilən XVII Beynəlxalq Kənd Təsərrüfatı sərgisində “İmagro” şirkəti öz stendində aşağıdakı texnikaları təqdim edir:  

-Massey Ferguson 7722;

-Hattat 3080;

-Meyvətoplama platforması (İstehsal - “İmprotex İndustries”)

“İmagro” MMC

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 15 km

 Əlaqə nömrəsi: +99451 2059990; +99451 2012779; +99451 2528080

Servis xidməti: +99451 2066557

E-mail: [email protected]

Sayt: www.imagro.az

Qeyd edək ki, bu gün “Baku Expo” sərgi mərkəzində Azərbaycanda ənənəvi beynəlxalq kənd təsərrüfatı tədbiri olan “Caspian Agro” sərgisinə start verilib və 15-16-17 may 2024-ci il tarixlərində ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
oxu.az

2Mənbələr