AZ

Ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib”.

Bakıvaxtı. az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova deyib.

Onun sözlərinə görə, nikah yaşı yetkinlik yaşına çatma ilə müəyyən olunur:

“18 yaş vətəndaşın tam hüquq qabiliyyəti əldə etdiyi vaxta təsadüf edir. Bu da o deməkdir ki, insan öz hüquqlarını dərk edərək hərəkət edir və məsuliyyət daşımaq bacarığı var və ona hazırdır. Ailəsi, həmçinin gələcək uşaqları qarşısında olan mənəvi borcunu yerinə yetirməyə hazırdır və cavabdehdir”.

A.Məmmədova bildirib ki, bu səbəblərdən ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir:

“Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə erkən nikah praktikası mövcuddur və  Azərbaycanda da bu hallar istisna deyil”.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
13
bakivaxti.az

10Mənbələr