AZ

Sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirdi - Kərim Vəliyev

Xocalı.Trend:

3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsiAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam qələbəsi vəərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı.

Trend xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargahrəisi general-polkovnik Kərim Vəliyevin Qarabağ iqtisadi rayonundaRusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsrolunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da AzərbaycanRespublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti vəErmənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanatnəticəsində atəşkəsə nail olundu və 30 ilə yaxın davam edən Qarabağmünaqişəsinə son qoyuldu.

"Missiya müddətində sülhməramlı kontingent üzərinə düşəntapşırıq və vəzifələri yerinə yetirmiş, Qarabağ iqtisadi rayonuərazisində sülhün və sabitliyin təmin olunması üçün səyləriniəsirgəməmişdir.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşıdavam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadirayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqəraredilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterliantiterror tədbirləri keçirilmişdir. Bu tədbirlər nəticəsindəseparatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlıqüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələriölkə ərazisindən tam çıxarıldı.

Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyitərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentininmissiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbuledildi", - deyə K.Vəliyev əlavə edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan vəRusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ciil tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraqAzərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. RusiyaFederasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtındanəvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindənqərar qəbul edilmişdi. 10 noyabr bəyanatına əsasən isə sülhməramlıkontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ciildə yekunlaşırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
16
az.trend.az

10Mənbələr