AZ

Cəlal Orucov: “Nağd puldan etibarlı heç nə yoxdur”

“Yaxın gələcəkdə nağd ödənişlər itməyəcək”.

Valyuta.az xəbər verir ki, bu sözləri bu gün keçirilən Fintex Sammitdə "Paşa bank" ASC-nin idarə heyətinin üzvü Cəlal Orucov deyib.

Onun sözlərinə görə, nağd ödənişlərdən-nağd pul vəsaitlərindən etibarlı heç nə yoxdur:
"Texnologiyalar, hətta mobil vasitələr hərdən işləməyə bilər, səfər etdiyin ölkədə ödəniş etdiyin aləti qəbul etməyə bilər. Ona görədə yaxın perspektivdə 3-5 illik dövrdə nağd ödənişin itəcəyinə inanmıram. Yenə də nağdsızın əhatə dairəsi genişləndikcə, nağdsız əməliyyatların hər iki tərəf üçün qiyməti aşağı düşdükcə, gələcəkdə biometrik ödəniş alətləri nağd ödənişləri tam şəkildə əvəzləyə bilər”.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
valyuta.az

1Mənbələr