AZ

1 faizlik inflyasiya, azalan ÜDM, saat hesabı əməkhaqqı... – Natiq Cəfərli saat 16:00-da Çətin sualda

Rəsmi xəbərlərə görə, Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı enib. Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib. Dövlət Statistika Komitəsinn yaydığı məlumatda belə göstərilir. 

2024-cü ilin ilk dörd ayında Azərbaycanda ÜDM 4,5% azalaraq 38,18 milyard manat (22,45 milyard dollar) təşkil edib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir ki, bunun əsas səbəbi neft gəlirlərinin düşməsidir.

Ənənəvi olaraq üstünlük təşkil edən neft-qaz sektoru bu dövrdə 0,2% cüzi azalma yaşayıb. Bunun əksinə olaraq, qeyri-neft-qaz sektoru 8,7% artım nümayiş etdirib. Lakin bu müsbət göstəricini sənaye istehsalının nəzərəçarpacaq dərəcədə - 13,2% azalması pozub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

İqtisadçı Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bunlar haqda danışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
turan.az

1Mənbələr