AZ

Belarus və Azərbaycan ildə 1000 traktor istehsal etməyi planlaşdırır

Belarus və Azərbaycan traktorların birgə istehsalını ildə min ədədə çatdırmağı planlaşdırır.

"Operativ Media" BELTA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan beynəlxalq “Kənd təsərrüfatı” (“Caspian Agro”) sərgisi çərçivəsində jurnalistlərə “MTZ” ASC-nin baş direktoru Vitali Vovk bildirib.

"Azərbaycanda Gəncə Avtomobil Zavodu 2007-ci ildən MTZ-nin tərəfdaşıdır. Sərgi zamanı müəssisələr 725 avtomobil dəstinin tədarükünə dair müqavilə imzalayıblar. Əgər 2022-ci ildə Gəncədə 700 traktor, 2023-cü ildə 777 ədəd texnika istehsal edilibsə, 2024-cü ilin sonuna qədər min maşına çatdırılması planlaşdırılır, - Vitali Vovk qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
operativmedia.az

1Mənbələr