AZ

Polşada kömür mədənində çökmə - 3 nəfər öldü

Polşanın Krakov şəhərinin qərbində kömür mədənində çökmə baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mədəni idarə edən sözçülərindən biri Aleksandra Siembiqa dünən mədəndə 15 işçinin olduğu şaxtanın çökməsi ilə bağlı açıqlama verib.

Siembiqa axtarış-xilasetmə işlərinin yekunlaşdığını və üçüncü mədənçinin cəsədinin tapıldığını qeyd edib.

Qeyd edək ki, dünən gecə Myslowice-Wesola kömür mədənində çökmə baş verib, səbəbi hələlik məlum deyil.

Axtarış-xilasetmə qrupları çökən mədəndə yaralanan 12 şaxtaçını xilas edib.
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
azxeber.com

4Mənbələr