AZ

Yetirməsindən “Qarabağ”a mesaj: “Azərbaycanda da yerli Juninyolar var”

Azərbayan II Liqası 25-ci turu çərçivəsində keçirilən “Füzuli” – “Kümrük Qax” oyununda böyükhesablı nəticə qeydə alınıb – 7:2.

Görüşdə ev sahibin bütün qollarını Elvin Nəsibov vurub. Matçda 7 dəfə fərqlənməyi bacaran 28 yaşlı forvard sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. 

Nadir hallarda rast gəlinən bir performans sərgiləyən Nəsibovun oyun barədə firkilərini öyrəndik. O, İdmanxeber.az saytına septa-trik etməsindən danışdı:

“Hər oyuna eyni istəklə çıxıram. Çalışıram ki, qollarımla komandama kömək edim. Bunun üçün maksimum əlimdən gələni edirəm. Çox şükür ki, dünən də oyunum yaxşı alındı və qollarımla komandama qələbə qazandıra bildim. Həmişə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Əsas hədəfim Premyer Liqada forma geyinməkdir. Bunun üçün çox çalışmalı və daim hazır olmalıyam. Amma gələcəkdə nə olacağını Allah bilir”.

Nəsibovun əla performansı müsbət sözlərlə yanaşı, müxtəlif iddialara da səbəb olub. Belə ki, sosial şəbəkə izləyiciləri hücumçunun bu qədər qol vurmasını normal qəbul etməyərək, rəqibin ona “kömək” etdiyini iddia edib. Futbolçu isə iddialara belə cavab verib:

“Boş söhbətlərdir. Belə şaiyələrə inanmaq lazım deyil. Mənim “Kümrük Qax” komandası ilə heç bir əlaqəm və dostluğum yoxdur. Rəqibin heyətindən bir nəfəri belə tanımıram. Mənim və komandamın uğuruna kölgə salmasınlar”.

“Qarabağ”ın yetirməsi olan Nəsibov gələcəkdə bu komandanın formasını geyinmək istədiyini də bildirib:

“Qarabağ” ölkənin bir nömrəli komandasıdır. Ötən il onların əvəzedici heyətlərində 3-4 oyun keçirmişəm. Ayağımdan zədələndiyim üçün əməliyyat olundum. Gələcəkdə yenidən bu komandada olub-olmayacağımı iddia edə bilmərəm. Amma onu deyim ki, Azərbaycanda da yerli Juninyolar var (gülür)”.

Həsən Quluzadə

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
idmanxeber.az

1Mənbələr