AZ

Qəzzada ölən BMT işçilərinin sayı açıqlandı

İsrailin 7 aydan çoxdur hücumlar həyata keçirdiyi Qəzza zolağında öldürülən Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşlarının sayı 189-a yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında bildirilib.

Hesabatda, həmçinin, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 35 min 173 fələstinli həyatını itirib, 79 min 61 nəfər isə yaralandığı qeyd olunub.

Zərifə Nağıyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
unikal.az

10Mənbələr