AZ

Parlament sədrlərinin görüşü mühüm əhəmiyyət daşıyır – Millət vəkili

Bu görüşlər ki ölkə arasında münasibətlərin normallaşmasında növbəti addım kimi öz sözünü deyəcək.

Bu fikirləri Herbiand.az-a millət vəkili Ceyhun Məmmədov Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşünə münasibət bildirərkən söyləyib. Qeyd edib ki, bu gün bir neçə istiqamətdə görüşlər gedir. Və bunun əhəmiyyəti çox böyükdür:

“Ermənistan tərəfi də bu danışıqların konstruktiv şəkildə davam etdiyini vurğulayıb. Burada digər önəmli məsələ artıq parlament sədrlərinin də bir neçə dəfə belə görüşlər keçirməsidir. Bu görüş sülh müqaviləsinin imzalanması və tərəflər arasında mövcud problemlərin aradan qaldırılması baxımından xüsusi önəmə və əhəmiyyətə malikdir”.

Millət vəkili tərəflərin bu istiqamətdə müəyyən irəliləyişlərə doğru addımlar atdığını və bunun da böyük ümidlər yaratdığını vurğuladı. Ceyhun Məmmədovun sözlərinə görə, parlament diplomatiyası da bu prosesə öz mühüm və ciddi töhfəsini verə bilər:

“İlk görüş normal keçmişdi. Düşünürəm, növbəti görüş də uğurlu olaraq yaddaşda qalacaq. Münasibətlərin müsbət istiqamətə irəliləməsində mühüm bir amil kimi öz sözünü və rolunu oynayacaq. Və tərəflər razılığa gələrək bölgəyə sülhün gəlməsi üçün real addımlar atacaq”.

Bu gün Azərbaycan və Ermənistan arasında danışıqların uğurla getdiyini deyən millət vəkili nəticələrin də yaxşı olacağını söylədi:

“Ermənistan tərəfi də müsbət münasibət bəsləyir. O anlamda qarşıda bizi daha müsbət nəticələr gözləyir. Burada tərəflərin daimi əlaqələri mütləqdir. Bu mənada parlament sədrlərinin görüşü xüsusi önəm və əhəmiyyət daşıyan bir məsələdir. Parlament sədrlərinin görüşü münasibətlərimizin normallaşmasında növbəti addım kimi öz sözünü deyəcək”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
17
herbiand.az

10Mənbələr