AZ

İrəvanın mərkəzinə minlərlə polis toplaşır

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın bu gün İrəvanın Azadlıq meydanında planlaşdırdığı etiraz aksiyası öncəsi şəhərin mərkəzinə çoxlu sayda polis qüvvələri göndərilir.

Publika.az xəbər verir ki, bununla bağlı kadrları Ermənistan mediası yayıb.

Bu gün Milli Akademik Opera və Balet Teatrında Nikol Paşinyanın da iştirak edəcəyi AYİB beynəlxalq forumu keçiriləcək. Bununla bağlı polis məlumat yayıb ki, saat 15:00-dan 20:00-dək Milli Akademik Opera və Balet Teatrına bitişik küçələrdə vətəndaşların hərəkəti məhdudlaşdırılacaq. Arxiyepiskop Baqrat Qalstanyan bundan bir gün əvvəl bu gün saat 16:00-da Opera Teatrının qarşısındakı Azadlıq meydanında etiraz aksiyası keçiriləcəyini bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
publika.az

1Mənbələr