AZ

“Keçmişdən gələcəyə sevgi” adlı səyyar tibbi müayinə aksiyası təşkil edilib » Medical Media


TƏBİB ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə icbari tibbi sığorta çərçivəsində “Keçmişdən gələcəyə sevgi” adlı səyyar müayinə aksiyası təşkil edilib.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində baş tutan aksiyada uşaqlar evinin sakinləri də iştirak edib.

“Keçmişdən gələcəyə sevgi” aksiyasının keçirilməsində əsas məqsəd qayğı, diqqətə ehtiyacı olan ahılların, sevgiyə ehtiyacı olan həssas qrup uşaqların birgə aktiv gün keçirməsi, eyni zamanda yaşlıların özlərini daha az tənha hiss etmələrini təmin etmək, uşaqların sevgi ilə əhatə olunmasını, nəsillər arasında ünsiyyəti, ailə dəyərlərini gücləndirmək, onların cəmiyyətdən kənarda hiss etmələrinin qarşısını almaq olub.

Sabunçu Tibb Mərkəzinin həkim heyəti tərəfindən pediatr, terapevt, endokrinoloq, kardioloq, nevroloq, otolarinqoloq, radioloq baxışı, eyni zamanda EKQ, USM, rentgen, qanın ümumi analizi, qanda şəkərin təyini müayinələri edilib.

Ümumilikdə 100-ə yaxın ahıl şəxsə, 20-dən çox uşağa 400-ə yaxın tibbi xidmət göstərilib.

Tibbi xidmətə ehtiyacı olan şəxslər qeydiyyata alınıb, onların müalicələrinin davam etdirilməsi nəzərdə tutulub.

Müayinə aksiyasından sonra ahıllar və uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil olunub. Onların birgə səmərəli vaxt keçirməsi təmin olunub.

Uşaqlar Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakini olan Arif Babayevi 75 yaşı münasibətilə təbrik edib, ona arzularını bildiriblər. Arif Babayev doğum gününü uşaqların əhatəsində qeyd etməkdən məmnunluğunu ifadə edib.

Sonda Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsində özəl tərəfdaşlardan hədiyyələr təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
3
medicalmedia.az

4Mənbələr