AZ

"OPEC+" ölkələrinin neft tələbi bu qədər olacaq

Bu ilin ikinci yarısında "OPEC+" sazişində iştirak edən ölkələrin neft tələbi sutkada 42,1 milyon barel təşkil edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) may ayı üzrə hesabatında deyilir.

Məlumata görə, bu, alyansın aprel ayındakı hasilatından 671 min barel çoxdur.

IEA-nın fikrincə, qlobal neft tələbinin vəziyyəti "OPEC+" nazirlərinin iyunun 1-nə planlaşdırılan görüşündə əsas müzakirə mövzusu olacaq.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
iqtisadiyyat.az

1Mənbələr