AZ

GSM Assosiasiyasının baş direktoru: COP29 ərəfəsində Azercell ilə əməkdaşlıq bizi çox sevindirir

Bakıda COP29-un yaxınlaşdığı ərəfədə "Azercell" ilə əməkdaşlıq etmək məni çox sevindirir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında GSM Assosiasiyasının tənzimlənmə məsələləri üzrə baş direktoru Con Ciusti deyib.

"İlin sonunda Bakıda keçiriləcək COP29 ətraf mühit və davamlılıq baxımından çox vacibdir. Bu il görüləcək çox iş var. COP29 bu istiqamətdə çox vacib tədbirdir. Bu gün mobil sənayenin təqribən üçdə ikisi gəlirlərinə görə yaxın perspektivdə elmə əsaslanan hədəflərlə karbon emissiyalarını azaltmağı öhdəsinə götürüb", - deyə o, bildirib.

O, qeyd edib ki, gələcəkdə süni intellekt həyatın çox mühüm parçasına çevriləcək:

"Süni intellekt və inkişaf edən digər texnologiyalar cəmiyyətlərə böyük təsir göstərir. Süni intellektin həyatımıza daxil olması böyük imkanlar açır. Bu potensialı reallaşdırmaq üçün müvafiq tənzimləyici mühitin yaradılması və strateji investisiyaların edilməsi vacibdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
2
apa.az

2Mənbələr