AZ

Yeni qanunun qəbulu sülh üçün təminat yaradır – İrakli Kobaxidze

“Xarici təsir haqqında” qanun layihəsinin qəbulu Gürcüstanda uzunmüddətli sülh və əmin-amanlıq üçün güclü təminatlar yaradır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. Bildirib ki, qanun siyasi qütbləşmənin öhdəsindən gəlməyə kömək edəcək:

“Bu gün ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi baxımından ən mühüm gündür. “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Gürcüstanda uzunmüddətli sülhün təmin edilməsinə imkan yaradır. Həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün zəruri şərt olan qütbləşmənin aradan qaldırılmasına güclü təminat verir. Siyasi müxalifətin öz tərəfdarlarını nəyəsə inandırararaq küçələrə axındırması tamamilə normaldır. Lakin siyasi azlıq heç bir halda siyasi çoxluğu və Gürcüstanın dövlət maraqlarının möhkəmlənməsinə xidmət edən qərarı qəbul etməyə və ya qəbul etməməyə məcbur edə bilməz. Bu qərarları siyasi çoxluq qəbul edir”.

Kobaxidze son olaraq qeyd edib ki, bu “Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün zəruri şərt”dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
nocomment.az

1Mənbələr