AZ

Uğurlu startapın sirri:Hətta hobilərinizi də biznesə çevirə bilərsiniz

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın məhşur firmalarının təsisçilərin fikirlərinə görə, ən yaxşı startap ideyalarına sahib olmaq üçün "yaxşı" sözünün nə demək olduğunu başa düşməlisiniz.

Onlar hesab edir ki, ideyası olan şəxslər işlərinə  maraqlarına, bacarıqlarına, ambisiyalarına, məqsədlərinizə uyğun meyarlar seçməklə başlamalıdırlar. Çünki həqiqətən maraqlı olana və nəyə meylli olduğunuza vaxtınızı həsr etmək lazımdır.

Banco.az Forbes-a istinadla uğurlu startap üçün  maraqlı detalları təqdim edir:

Sizə gələn fikirləri mütəmadi olaraq yazın və bu siyahını vaxtaşırı nəzərdən keçirin. Beyninizi daim fürsət axtarmağa öyrətməlisiniz. Bu ixtira deyil, axtarışdır.

İdeyaları məqsədli şəkildə axtarın. Bunun üçün müxtəlif üsullardan istifadə etməkdən çəkinməyin.

Problemlə üzləşin və həll yolunu tapın. 

Çox vaxt biznes ideyası problemlə qarşılaşdıqda yaranır. Üstəlik, problem nə qədər aktualdırsa, insanlar onun həlli üçün daha çox pul ödəməyə hazır olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
banco.az

1Mənbələr