AZ

Sahibə Qafarova Sinqapurun Davamlılıq və ətraf mühit naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Davamlılıq və ətraf mühit naziri QreysFu ilə görüşüb. Milli Məclisdən "Olaylar"a bildirilib ki, bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğu diqqətə çatdırılaraq, səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inam ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilərək, iki ölkə arasında mövcud imkanların münasibətlərimizin daha da dərinləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb. 
Söhbət zamanı bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında geniş fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Bakının evsahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. 
Qeyd olunub ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən böyük etimad və hörmətdir. Ölkəmiz bu mühüm tədbirə evsahibliyi etməklə bağlı böyük məsuliyyəti dərk edir və tədbirin ən yüksək səviyyədə təşkil olunması üçün bütün lazımi addımlar atılır. Vurğulanıb ki, iqlim fəaliyyətini inkişaf etdirmək və məqsədlərimizə nail olmaq üçün bütün tərəflərin iştirakı vacibdir. 
Spiker Sahibə Qafarova məlumat verib ki, Azərbaycan Milli Məclisi də COP29 çərçivəsində keçiriləcək tədbirlərə fəal qoşulub. O, Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament iclası haqqında da məlumat verib. Söhbət zamanı, Sinqapur nümayəndələrinin də bu tədbirdə iştirakı məsələləri nəzərdən keçirilib.
QreysFu Azərbaycanın COP29 ilə bağlı olduqca aktiv fəaliyyət göstərməsini yüksək qiymətləndirib.Nazir, kiçik ada dövlətlərinin iqlim dəyişiklərinə qarşı mübarizəsi, bu istiqamətdə görülə biləcək tədbirlər barədə fikirlərini bildirib. O qeyd edib ki, iqlim dəyişikliklərindən ən çox əziyyət çəkə biləcək regionlardan biri Cənubi-Şərqi Asiya regionudur. Ona görə dəiqlim dəyişiklikləri ilə bağlı problemlər Sinqapur hökumətinin diqqət mərkəzindədir. Nazir ölkəsinin dekarbonizasiyasahəsində ciddi iş apardığını bildirib. 
Spiker Sahibə Qafarova qarşı tərəfihəmçinin Azərbaycanın yaşıl enerji istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr, Qarabağ və Şərqi Zəngəzurda gedən yenidənqurma və bərpa işləri, "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası, ölkəmizdə alternativ enerji mənbələrindən səmərəli və məqsədyönlü istifadə istiqamətində atılan addımlar barədə də məlumatlandırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
3
olaylar.az

6Mənbələr