AZ

Dostu Türkiyədə İŞahruddini tərk elədi - FOTO

Luis Nani "Adana Dəmirspor"u tərk edib.

Sportino.az xəbər verir ki, onunla Türkiyə klubu arasındakı mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə Adana təmsilçisinin saytı məlumat yayıb.

Avro-2016-nın qalibi olan 37 yaşlı portuqaliyalı vinger son zamanlar ciddi maliyyə problemi yaşayan "Adana Dəmirspor"dakı vəziyyətdən narazı olduğu üçün klubu tərk edib.

Milli komandamızın qapıçısı Şahruddin Məhhəmmədəliyev də Superliqa təmsilçisinin üzvüdür. O, Luis Naninin yaxın dostluq münasibətləri qurduğu futbolçulardan biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
sportinfo.az

1Mənbələr