AZ

Yağış Azərbaycanda qıtlıq yaradacaq?

Son günlər Bakıda və bölgələrdə intensiv yağışlar müşahidə olunur.

Bəzi bölgələrə dolu düşüb, dağlıq ərazilərə qar yağıb, güclü külək və leysan yağışlar fəsadlara səbəb olub. Xüsusilə bölgələrdə meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri yağış suları basıb. Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına ciddi ziyan vurduğu bildirilir. İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları qeyd olunan rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub. 

Bu isə gələcək məhsuldarlığı şübhə altında qoyub. 

Görəsən, hansı məhsullar qıt olacaq və bahalasacaq? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, indiki qeyri- stabil hava şəraitinin pambığa və taxila mənfi təsiri var:

“Lakin pambıq ərzaq məhsulu olmadığı üçün onun qiymətində ciddi artım gözlənilmir. Taxıl isə ölkəmizə idxal edilir. Təqribən ölkədaxili taxıl təlabatının 60 faizi idxal hesabına qarşılanır. Yalnız təlabatın 40 faizi istehsal oluna bilir. Bu səbədən qeyri- stabil hava şəraitinin taxila mənfi təsiri gözlənilmir. Yalnız küləklə şiddətli yağış yağarsa o zaman taxil sahəsinə zərər verə bilər”. 

Ekspert bildirib ki, qeyri -stabil hava şəraiti davam edərsə, taxil idxalı arta bilər:

“Satışda olan kənd təsərrüfatı məhsullarının, xüsusilə taxılın qiyməti idxal olunan taxılın qiyməti ilə müəyyələşdirilir. Ölkə daxilində taxıl ehtiyatı kifayət qədər olduğundan, taxılın qiymətində cüzi artım ehtimal edilə bilər. Lakin ümumilikdə kosmik artım gözlənilmir”. 

O qeyd edib ki, yağıntılar məhsuldarlığa ciddi təsir etməyəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
cebheinfo.az

1Mənbələr