AZ

Rəfah əməliyyatı İsrail və Misir arasında 45 illik sülhə son qoya bilər

Rəfah əməliyyatı İsrail və Misir arasında 45 illik sülhə son qoya bilər



 14:15 15.05.2024     205

“Misir İsraillə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağı planlaşdırır”.

Demedia.az xəbər verir ki,  bu  barədə Amerikanın Wall Street Journal (WSJ) qəzeti  yazıb. Bildirilib ki, Kimliklərinin paylaşılmasını istəməyən Misir rəsmiləri, səfirlərini Təl-Əvivdən geri çəkərək diplomatik əlaqələrin səviyyəsini azaltmağı nəzərdən keçirdiklərini bildiriblər.

Səlahiyyətlilər İsrailin mayın 6-da axşam saatlarında əməliyyatdan saatlar əvvəl Rəfah şəhərinin şərqinə quru əməliyyatı ilə bağlı məlumat verdiyini iddia edərək, bunun Qahirə rəhbərliyinin reaksiyasına səbəb olduğunu və iki ölkəni çıxılmaz vəziyyətə saldığını bildirib.

 Mənbələr İsrailin əməliyyat planlarını yalnız geniş şəkildə paylaşdığını iddia edərək, Qəzzaya yardımın aparıldığı Rəfah sərhəd qapısına müdaxilə olunmayacağına və fələstinlilərə bölgəni tərk etmələri üçün bir neçə həftə vaxt veriləcəyinə zəmanət verib.

 Misir rəsmisi "Bu təminatların heç biri yerinə yetirilmədi. İsrail yalnız Rəfah sərhəd qapısını ələ keçirməzdən bir neçə saat əvvəl bizə məlumat verdi" deyib.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
demedia.az

1Mənbələr