AZ

"Kür" həndbol klubunun direktoru: Azərbaycan Kubokunu da qazanmaq istəyirik

Mayın sonunda Azərbaycan Kuboku keçiriləcək. Bu titula da sahib çıxmaq istəyirik.

Bunu "Report"a açıqlamasında kişi həndbolçulardan ibarət Azərbaycan çempionatının qalibi olan "Kür" klubunun direktoru Fuad Yanqildin deyib.

Funksioner mövsümün onlar üçün yaxşı keçdiyini bildirib: "Son matçda doğma meydanda qələbə qazandıq. Çempionatda 4 güclü kollektiv var idi. "Qarabağ", "Azəryol" və "Bakı" da rəqabət aparırdı. Sonda sevinən tərəf biz olduq".

2024/2025 mövsümünün əvvəlində Avropa Kubokunda mübarizə aparacaqlarını xatırladan direktor bu yarışda da əllərindən gələni edəcəklərini söyləyib: "Yayda heyətdə bəzi dəyişikliklər olacaq. Komandanı gücləndirmək istəyirik. Bəzi həndbolçularla isə yollar ayrılacaq. Avropada həndbol daha yüksək səviyyədədir. Mərhələ adlamaq üçün bizə daha güclü oyunçular lazımdır. Avrokuboklarda nə qədər irəli getsək, o qədər yaxşıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
report.az

1Mənbələr