AZ

Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib

Türkiyədə

İstanbul, 15 may, Günel Karatepe, AZƏRTAC

Türkiyədə “Mahzen-46” kod adı altında həyata keçirilən əməliyyat nəticəsində üç mütəşəkkil cinayətkar qruplaşma zərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Nazir bildirib ki, mərkəzi Bursa olmaqla Türkiyənin 13 vilayətində keçirilən əməliyyat nəticəsində bu üç qruplaşmanın 112 üzvü saxlanılıb, çox sayda silah-sursat və narkotik maddə ələ keçirilib.

Saxlanılan şəxslərin silahlı təşkilat yaratmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan qaçaqçılığı kimi bir çox ağır cinayətlər törətdiyi müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
8
azertag.az

8Mənbələr