AZ

ABŞ-Çin ticarət müharibəsi yenidən qızışır?

Co Bayden administrasiyası Çindən idxal olunan mallara əlavə rüsumların tətbiq edildiyini açıqlayıb. Məhdudiyyətlər ABŞ-a “strateji əhəmiyyətli sənayelər” üzrə tədarüklərə təsir edəcək, siyahıdakı bəzi mallar, xüsusən də batareyalar və günəş panelləri üçün rüsum dərəcələri iki dəfə artırılaraq 25 faizdən 50 faizədək yüksələcək.  Çindən gələn elektrik avtomobilləri üçün tarif dörd dəfə - 100 faizə qədər artacaq. Ağ Ev ümid edir ki, bu tədbir Amerika istehsalçılarını çox ucuz Çin idxalı ilə rəqabətdən qoruyacaq. 

ABŞ prezidenti Co Bayden Donald Tramp administrasiyası dövründə tariflərin artırılmasından sonra ilk dəfə olaraq Çindən idxal edilən mallara tarif artımının yeni mərhələsini açıqlayıb. Administrasiyadan verilən açıqlamada Çinin texnologiya transferində, əqli mülkiyyətin idarə edilməsində və innovasiya siyasətinin həyata keçirilməsində tətbiq etdiyi “ədalətsiz” təcrübələrdən bəhs olunur ki, bu da Ağ evin fikrincə, Amerika şirkətlərini və işçilərini təhdid edir. Eyni zamanda, yeni qərar vurğulanır ki, “qlobal bazarlar çox ucuz Çin malları ilə doludur və bu da özündə risklər daşıyır. Ümumilikdə yeni rüsumlar 18 milyard dollar məbləğində idxala təsir edəcək.

Hələ aprel ayında Çinə səfəri zamanı ABŞ-ın maliyyə naziri Canet Yellen yeni sənaye sahələrində - günəş panelləri, akkumulyatorlar və elektromobillərin istehsalı sahəsində Çin məhsullarının istehsalının və ixracının artan həcmindən narahatlığını bildirmişdi: “Bu sənaye sahələrinə subsidiyalar digər ölkələrdə hasilatı azaldır, necə ki, on il əvvəl polad sənayesinə artan dövlət dəstəyi ABŞ-da və digər ölkələrdə onun istehsalının azaldılmasına gətirib çıxarmışdı. Göründüyü kimi, Çin bu müddət ərzində yerli istehsala dəstəyini azaltmayıb - Çin prezidenti Si Cinpin Fransaya son səfəri zamanı deyib ki, “Çində həddindən artıq istehsal problemi nə müqayisəli üstünlük nöqteyi-nəzərindən, nə də qlobal tələb nöqteyi-nəzərindən var”. Ağ Ev Çindən idxal rüsumlarının artırılmasını qeyri-mütənasib artan tariflərin tətbiqinə alternativ olaraq qiymətləndirir. Bu sektorlardakı istehsalçılar da mövcud qaydalar və bəzi hallarda (yarımkeçiricilər istehsalında olduğu kimi) vergi güzəştləri vasitəsilə maliyyə dəstəyi əldə edirlər.

Qeyd edək ki, ötən il iki ölkənin ticarət dövriyyəsi 17 faiz azalıb. Nəticədə ticarət kəsiri Çinin xeyrinə 102,9 milyard dollar azalaraq 279,4 milyard dollar təşkil edib. Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun məlumatına görə, 2020-ci ildə ABŞ-dan idxalın faktiki həcmi 135,2 milyard dollar, 2021-ci ildə isə 155,6 milyard dollar təşkil edib. Ticarət müharibəsi başlamazdan əvvəl Amerikanın Çinə ixracının əksəriyyətini avtomobillər və təyyarələr təşkil edirdi, lakin artıq 2020-2021-ci illərdə bu tədarüklər azalmağa başlayıb. Eyni zamanda, onların istehsalı üçün çip və avadanlıqların ixracı artıb. Ancaq uindi bu məhsulların Çinə tədarükü azalıb. 

S.ELAY

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
31
xalqqazeti.az

10Mənbələr