AZ

Makoron satanlar necə əzcaçı olur? - ETİRAZ

Son zamanlar apteklərdə qeyri-peşəkar əzcaçıların sayı durmadan artır. Bu da haqlı narazılıq yaradır. Çünki, bir çox insanlar həkimə getmək əvəzinə apteklərə üz tuturlar. Və aptekdəki satıcıdan əlac umurlar. Əzcaçı olmayan satıcı da ağlına gələni alıcıya tövsiyyə edir. Təki alveri getsin...

Düzgün müayinə və müalicə almayan insansa təbii ki, ölümə məhkumdur.

Məsələ ilə bağlı  News365.az  -a danışan pediatr Vaqif Qarayev bildirib ki, ölkədə əczaçı qıtlğı var:

“Bunu hamı bilir. Yoxdur, fiziki olaraq çatışmır. Kiçik istisnalar olsa da, əksər hallarda satıcı var apteklərdə, əczaçı yox! Müqayisə qüsurludur, amma makaron satanla dərman satan satıcının heç bir fərqi yoxdur.

Həkimin yazdığı dərmanları görməzdən gəlib öz kəlləsindəkini məsləhət görürlər. Uşaqlar üçün dozanı görmürlər. Qızdırma üçün azı iki antibiotik təklif edirlər və s. .İndi elektron reseptlərlə işə düşür. Görək, alınacaqmı?!”

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
news365.az

1Mənbələr