AZ

Azərbaycanda insanlar həyat yoldaşları ilə necə və harada tanış olurlar? – Sorğu


Azərbaycanda insanlar ailə quran zaman gələcək həyat yoldaşları ilə əsasən ailə və qohumlar vasitəsilə tanış olurlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticəsində ortaya çıxıb.
STM tərəfindən keçirilən sorğu zamanı məlum olub ki, insanların 53,3%-i həyat yoldaşları ilə ailə və qohumlar vasitəsilə tanış olublar. Rəyi soruşulanların 10,1%-i həyat yoldaı ilə iş yerində, 9,4%-i məktəb, ya da universitetdə, 6%-i qonşular vasitəsilə, 5,7%-i dostlar vasitəsilə, 0,5%-i isə internet vasitəsilə tanış olduğunu bildirib.
Əlavə olaraq, respondentlərin özlərinin təklif etdikləri cavablar arasında dəfələrlə təkrarlanan tanışlıq yeri kimi toy (3,6%) göstərilib. Onların 2,8%-isə eyni ərazidə (kənd, qəsəbə) yaşamalarının tanışlıqda həlledici olduğunu qeyd edib.
Nəticələr göstərir ki, respondentlərin təhsil səviyyəsi artdıqca, ailə və qohumlar vasitəsilə tanış olma faizləri azalır, iş yerində, məktəb və universitetdə tanış olma faizləri isə artır. Əgər orta təhsillilər arasında həyat yoldaşı ilə ailə/qohumlar vasitəsilə tanış olanlar 57,1%-dirsə, texniki-peşə təhsillilərdə 49,1%, ali təhsillilərdə isə daha az - 41,3%-dir.
İş yerində tanış olanlar isə orta təhsillilərdə 6,1%, texniki-peşə təhsillilərdə 15,8%, ali təhsillilərdə isə daha da yüksək - 22,9%-dir.
Məlumat üçün qeyd edək ki, təhlil olunan suallar ümumilikdə altı telefon sorğusu (beşi 384 nəfər, bir sorğu 388 nəfər) və bir üz-üzə sorğu (1 170 nəfər) olmaqla 3 478 respondentin rəyini əks etdirir. Bütün sorğular ölkənin 12 iqtisadi rayonunda (Naxçıvan MR və Şərqi Zəngəzur istisna olmaqla) könüllü iştirak əsasında 18 yaşından yuxarı şəxslər arasında keçirilib və anonimlik tam qorunub. STM-dən bildirilib ki, telefon sorğuları 95% əminlik intervalı, 5% xəta payına malikdir. Üz-üzə sorğunun əminlik intervalı analoji olmaqla, xəta payı 3%-dir.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
yeniavaz.com

2Mənbələr