AZ

Qazaxla üzbəüz erməni kəndində 3 mübahisəli sərhəd hissəsi qalır

Ermənistanın Tavuş rayonunun Kirants kəndində sərhədin demarkasiyası üzrə işlər etiraz aksiyaları ilə əlaqədar ötən həftədən dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-inin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Kirantsdakı kənd körpüsü, məktəb və bir neçə fərdi evlə bağlı mübahisəli yerlərin məsələsi hələ ki həllini tapmayıb. Bu 3 yerdə sərhədlərinin müəyyənləşdirilməsinin necə aparılacağı hələlik bəlli deyil.

Ermənistan mediası yazır ki, Kiranys kəndindəki vəziyyət nəzərə alınsa, Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhəd xəttinin yerdəki geodeziya ölçmələrinə əsaslanan dəqiqləşdirilməsinin bu gen yekunlaşmaya bilər. Eləcə də tərəflər arasında müvafiq protokolun da bu gün imzalanması sual altındadır.

Ermənistan KİV-ləri məsələyə baş nazirinin müavini Mher Qriqoryanın ofisindən münasibət öyrənməyə çalışsa da, cavab verilməyib.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyalar aprelin 19-da yaydıqları birgə bəyanatda demarkasiya olunmuş ərazilərlə bağlı protokolun imzalanması üçün mayın 15-nə qədər vaxt təyin ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Tavuş rayonunda sərhədin demarkasiyası 90% tamamlanıb.

“Kirants hissəsində bizim 12 sərhəd məntəqəmiz olacaq, hazırda 8 nöqtə artıq müəyyən edilib, yəni dirəklər yerləşdirilib. Ancaq ən həssas olan üç nöqtə var. Problemi elə həll edəcəyik ki, Kirants sakinləri razı qalsın”, - Paşinyan bildirmişdi.

Qeyd edək ki, tərəflərin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə 2024-cü il aprelin 23-də başlayıb.

Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti sonuncu məlumatı mayın 6-da yayıb. Həmin məlumatda deyilir:

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
İki dövlətin ekspert qruplarının işi davam edir”.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
modern.az

1Mənbələr