AZ

Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrə plan açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyinə uyğunlaşma (adaptasiya) və təsirlərin yumşaldılması (mitiqasiya) istiqamətində Strategiya Planı hazırlayıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, planda aşağıdakı istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulub:

- iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi;
- kənd təsərrüfatı fəaliyyətləri sahəsində istilik effekti yaradan qazların inventarlaşdırılması;
- heyvandarlıq və quşçuluq təsərrüfatlarının və kənd təsərrüfatı məhsullarının tullantılarının idarə olunması;
- kənd təsərrüfatı sektorunda alternativ enerji mənbələrinin istifadə sahələrinin müəyyənləşdirilməsi və alternativ enerji ilə işləyən az enerji sərfiyyatlı innovativ avadanlıq və texnikaların istifadəsi ilə bağlı təşviqin aparılması;
- kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə deqradasiyaya uğramış torpaqların bərpası ilə bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
- qabaqcıl kənd təsərrüfatı təcrübələrinin, tarlaqoruyucu, torpaqqoruyucu və suqoruyucu meşə zolaqlarının, çoxillik meyvə bağlarının salınması istiqamətində təşviqlərin aparılması və s.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
report.az

2Mənbələr