AZ

“Şamaxı” klubunun baş məşqçisi: Premyer Liqada oynamağa hazırıq

“Şamaxı”

Bakı, 15 may, AZƏRTAC

“Qaradağ Lökbatan”la matçı “qızıl oyun” adlandırardım”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı” komandasının baş məşqçisi Ramiz Məmmədov I Liqanın 26-cı turunda səfərdə “Qaradağ Lökbatan”a qarşı keçirəcəkləri vacib oyun barədə danışarkən deyib.

O, görüşə itkisiz çıxacaqlarını bildirib: “Artıq bütün hazırlıqlarımızı bu matç üzərində qurmuşuq. Kollektivdə əhval-ruhiyyə yaxşıdır. Heç bir həyəcan yoxdur. Mövsüm ərzində digər komandalara qarşı necə oyamışıqsa, sabah da meydanda elə mübarizə aparacağıq. İnanıram ki, “Qaradağ Lökbatan”ı məğlub edərək, son turda “Araz-Saatlı” ilə görüşə motivasiyalı çıxacağıq. Premyer Liqaya vəsiqə qazanıb, Şamaxı bölgəsini sevindirmək istəyirik”.

Təcrübəli mütəxəssis komandasının Premyer Liqaya hazır olduğunu söyləyib: “Komandada istedadlı oyunçular çoxdur. Onların hər biri Premyer Liqada oyanamaq gücündədir. Futbolçularıma güvənim sonsuzudur”.

Qeyd edək ki, oyun mayın 16-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Mövsümün başa çatmasına 2 tur qalmış “Qaradağ Lökbatan” 53 xalla birinci, “Şamaxı” isə 51 xalla ikinci pillədə qərarlaşıb. Reqlamentə əsasən, çempion komanda Premyer Liqaya vəsiqə qazanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
40
azertag.az

10Mənbələr