AZ

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi torpağa tapşırıldı

Bakı. Trend:

Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki "Peyğəmbər"qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağmüharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevinnəşinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Trend xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşiSumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidindoğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarınınəməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirakediblər.

Qeyd edək ki, Rəsul Əliyev 1960-cı il fevralın 18-də Sumqayıtşəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonununKürdmahmudlu kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
az.trend.az

1Mənbələr