AZ

Çingiz Qənizadə: Masa arxasında olan bütün görüşlər sülhə xidmət edir

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşəcək.
Sahibə Qafarova və Alen Simonyan arasında görüş mayın 16-da Cenevrədə keçiriləcək.
Görüş mayın 15-18-də parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutacaq.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, masa arxasında olan bütün görüşlər sülhə xidmət edir: 

“Mayın 10-11-də Almatıda Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra növbəti danışıqların Cenevrədə baş tutması ilə bağlı məlumatlar yayıldı. Bu dəfə isə Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü olacaq. Bu görüşün Almatıda olduğu kimi konstruktik keçiriləcəyinə və sülhə xidmət edəcəyinə ümid bəsləyirəm. VI Ümumidünya Konfransının hazırlıq komitəsinin iclası zamanı baş tutacaq görüşdə Azərbaycanın həqiqətlərini Sahibə Qafarovanın tədbirdə iştirak edən şəxslərə doğlun şəkildə çatdıracağına şübhəmiz yoxdur. Görüş zamanı sülh prosesinə gedən yolda addımları davam etdirmək, delimitasiya və demarkasiyanı sürətləndirmək, Zəngəzur dəhlizi ilə bağlı yaranmış fikir ayrılıqlarının həlli istiqamətində müzakirələr olacaq. Hesab edirəm ki, sözügedən görüşlər Ermənistan tərəfindən xoş niyyətlidir. Çünki Nikol Paşinyan dəfələrlə ilin sonuna qədər sülhün bağlanması ilə bağlı fikirlər səsləndirib. Cənab Prezident İlham Əliyevin isə Şuşada qeyd etdiyi kimi Azərbaycan dövləti müharibə istəmir və sülh şəraitində yaşamağı tələb edir. Ümid edirəm ki, İlham Əliyevin Şuşada Ermənistan və onun havadarlarına verdiyi mesajlardan nəticələr çıxarılacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
sherg.az

1Mənbələr