AZ

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb - Anar Eyvazov

Xocalı.Trend

Ötən ilin sentyabrında həyata keçirilən antiterrorəməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanınfəaliyyətinə ehtiyac qalmayıb.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin MətbuatXidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan və Rusiya dövlət başçılarının əldəetdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəlfəaliyyətini dayandırmasına qərar verilib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan vəRusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ciil tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraqAzərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. RusiyaFederasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtındanəvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindənqərar qəbul edilmişdi. 10 noyabr bəyanatına əsasən isə sülhməramlıkontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ciildə yekunlaşırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
8
az.trend.az

10Mənbələr