Olaylar.az bildirir ki, bunu Pentaqonun sözçüsü Patrick Rayder etiraf edib. O, bu barədə brifinqdə Xarkovdakı vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Yardımın göstərilməsindəki fasilənin fayda vermədiyini söyləməyə ehtiyac yoxdur. Lakin ruslar döyüş meydanındakı vəziyyətdən istifadə edərək irəliləyiş əldə etməyə çalışırlar", - Rayder deyib.
Onun sözləri ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib. O, əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin uğurları nə olursa olsun, narahatlıq doğurur. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31