AZ

Hraparak: Paşinyanın deputatları Qalstanyanın parlamentə zorakılıq edə biləcəyindən qorxurlar


Gələn həftə, mayın 21-də Ermənistan parlamentinin növbəti iclasları başlayacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti maraqlı məlumat yayıb.

“Bu günlərdə iqtidar deputatları etiraz hərəkatının dayanması üçün dua edirlər. Çünki onlar arxiyepiskopun insanları parlament binasını mühasirəyə almağa çağıra biləcəyindən narahatdırlar. Əgər etirazçılar böyük izdihamı təmin edə bilsələr, onlara müqavimət göstərmək çətin olacaq. Yeri gəlmişkən, bir gün əvvəl müxalif “Ermənistan” fraksiyasının deputatları Artur Sarkisyan və Qarnik Danielyan arxiyepiskop Baqrat Qalstanyanı parlamentə dəvət etmək qərarına gəlib vəsiqə verəndə Paşinyanın deputatları arasında əsl çaşqınlıq başlayıb”, - deyə qəzet yazır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
musavat.com

1Mənbələr