AZ

Boğaz ağrılarını yaradan SƏBƏBLƏR - Bu maddələrdən uzaq durun! 

Havaların gah isti, gah soyuq olması, qapalı məkanlarda daha çox vaxt keçirmək və ətrafların kifayət qədər havalandırılmaması epidemik xəstəliklərin artmasına səbəb olur. Belə xəstəliklərdən biri də boğaz ağrısıdır.

İnfeksiya nəticəsində yaranan boğaz ağrıları həkim nəzarətində təyin olunan antibiotik müalicələri ilə aradan qaldırıla bilər, ancaq evdə edilə bilən təbii müalicə üsulları ilə də bu ağrıları azaltmaq mümkündür.


Boğaz ağrısının şiddətli keçdiyi dövrlərdə tütün, kofein, spirt kimi zərərli maddələrdən mütləq uzaq durmaq lazımdır.


Bu cür maddələr boğazımızı daha çox qıcıqlandırır və ağrılar artır.


Boğaz ağrısını aradan qaldırmaq üçün maye istehlakını artırmaq lazımdır. Bol su içdiyiniz zaman boğazda quruluq, virus və bakteriyaların boğazda yapışmasının qarşısı alına bilər.


Bundan əlavə qarqara da boğaz ağrısına təsir edən vasitələrdən biridir.  /sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
referans.az

2Mənbələr