AZ

ABŞ Rusiya ilə əməliyyatlarına görə Avstriya bankını hədələyib

Birləşmiş Ştatlar Avstriyanın “Raiffeisen Bank International” (RBI) bankını Rusiyadakı əməliyyatlarına görə maliyyə sistemindən ayırmaqla hədələyib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Bank ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemodan müvafiq məktubu alıb. Orada bankın Vaşinqtonun sanksiyaları altında olan rusiyalı iş adamı Oleq Deripaskanın payını almaq istəyindən narazılıq ifadə edilib.

Agentliyin mənbələrinə görə, bir neçə gün sonra RBI sövdələşmədən imtina edib.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi ofis ləvazimatları şirkətinin təsisçisi Eriks Krause, Dmitri Beloqlazova və üç təşkilata qarşı sanksiyalar tətbiq edib. ABŞ hesab edir ki, onların hamısı Qərbin sanksiyaları altında olan Oleq Deripaska ilə bağlıdır.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
azpost.info

1Mənbələr