AZ

Erlinq Holann Premyer Liqa rekorduna imza atıb

İngiltərə çempionu və kubokun qalibi "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Holann Premyer Liqada keçirdiyi ilk iki mövsümdə 65 matçda 63 qol vuraraq rekord göstəriciyə imza atıb.

"Operativ Media" "Opta"ya istinadən xəbər verir ki, Premyer Liqada ilk iki mövsümündə 55 qol vuran "Nyukasl Yunayted"in sabiq hücumçusu Endi Koul ikinci yerdədir.

Cari İngiltərə çempionatının  matçında “Mançester Siti” Erlinq Holannın dublu sayəsində “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib və 88 xalla liderdir. Son tur öncəsi kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 2-ci pillədə qərarlaşan “Arsenal”dan 2 xallıq üstünlüyə malikdir.

Erlinq Holann 27 qolla cari çempionatın ən yaxşı bombardiridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
operativmedia.az

1Mənbələr