AZ

Mayın 15-də gündüz Qarabağda, Xocalı aeroportu ərazisində Rusiya sülhməramlılarının bazasının bağlanış mərasimi başlayıb.

2 minə yaxın sülhməramlı 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Qarabağa yerləşdirilmişdi. Onların vəzifəsi tərəfləri ayırmaq, yolları qorumaq, Qarabağ erməniləri və Ermənistan arasında kommunikasiyanı təmin etmək idi.

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatından, erməni əhalinin Ermənistana getməsindən və yerli hərbi birləşmələrin tərksilah edilməsindən sonra sülhməramlıların qalmasına ehtiyac olmadı.

2024-cü ilin aprelində Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan çıxarılması məsələsini razılaşdırdılar. İndiyə qədər sülhməramlıların hərbi texnikasının və şəxsi heyətinin böyük hissəsi ərazidən çıxarılıb və yollardakı 30 buraxılış məntəqəsinin hamısı ləğv edilib.

Sülhməramlıların əsas bazası Xocalı aeroportunun ərazisində yerləşir. Bu, zabit və sıravi heyətin yaşaması və işləməsi üçün 12-yə yaxın mobil binadan, texniki və rabitə xidməti üçün obyektlərdən ibarədir.

Sülhməramlılar Azərbaycanın Goranboy rayonunda yerləşən Goran dəmir yolu stansiyasına qədər öz yük maşınlarında gedirlər. Sonra texnikanı dəmir yolu eşelonlarına yükləyirlər və Rusiyaya gedirlər. Tam çıxarılma mayın sonuna qədər başa çatmalıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
turan.az

1Mənbələr