AZ

“Azərenerji” üzrə elektrik enerji istehsalı azalıb

2024-cü ilin yanvar-aprelində "Azərenerji” ASC üzrə 8 190,7 milyon kVt.st elektrik enerji istehsal edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 702,1 milyon kVt.st azdır. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 
 
Bildirilib ki, istehsal edilmiş enerjinin 7444,9 milyon kVt.st İES-lərin, 745,8 milyon kVt.st SES-lərin payına düşüb. 
 
"Hesabat dövründə Dövlət Energetika Xidməti üzrə 132,9 milyon kVt·st (İES-lərdə 70,3 milyon. kVt·st, SES-lərdə 44,0 milyon kVt·st, Günəş ES-də 18,6 milyon kVt·st), "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,8 milyon. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 910,1 milyon. kVt·st təşkil edib", - məlumatda qeyd olunub. 
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
anews.az

1Mənbələr