AZ

Günəşdə daha bir partlayış

Mayın 10-da Günəşdə güclü partlayış baş verib. NASA Günəşdə baş verən böyük partlayışın fotosunu dərc edib. ABŞ Milli Okean və Atmosfer Tədqiqat İdarəsi, Günəşin səthindəki partlayışlar səbəbindən 2005-ci ildən bəri ilk dəfə bu intensivlikdə “Geomaqnit Fırtınası”nın baş verə biləcəyini açıqlayıb.

ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) Günəşin səthində güclü geomaqnit qasırğası aşkar edib. Günəşdəki partlayışlar nəticəsində yaranan geomaqnit qasırğasının mənbəyinin “3664-cü sahə” adlı “böyük, mürəkkəb günəş ləkələri çoxluğu” olduğu müəyyən edilib.

NOAA-nın açıqlamasında, Yerə yaxınlaşan fırtınanın mümkün təsirlərinə diqqət çəkilərək, orbitdəki peyklərdə “geniş şəkildə gərginliyə nəzarət problemlərinin yarana biləcəyi” və “sürtünmə, izləmə və oriyentasiya problemlərinin” meydana gələ biləcəyi qeyd edilib.

Bildirilib ki, sözügedən fırtına səbəbindən peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqlar ola bilər, saatlarla davam edə biləcək fasilələr və ya bəzi oxşar qurğular ümumiyyətlə işləməyə bilər.

Alimlər bu fırtına nəticəsində yaranan qütb işıqlarının ABŞ-ın Alabama və Şimali Kaliforniya ştatlarında müşahidə oluna biləcəyini ifadə edərək, 2005-ci ildə Günəşin səthində baş verən şiddətli geomaqnit qasırğasını xatırladıb və bunların nadir olduğunu vurğulayıblar.

Şimal İşıqları (Aurora Borealis) Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində yaranıb. Şimal işıqları bir çox ölkədən izlənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
vaxt.az

1Mənbələr