AZ

Qəzaların 84 faizini kişilər törədir: "Qadın kimi sür" kampaniyası başladı

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların hüquqlarını müdafiə edən "Victimes et Citoyens" (Qurbanlar və Vətəndaşlar) Dərnəyi "Qadın kimi sür" adlı kampaniya başladıb.

Publika.az xəbər verir ki, dərnək kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” anlayışı ilə mübarizə aparmaq istəyir. “Bu qərəzli fikrin heç bir əsası olmadığını görmək üçün rəqəmlərə baxmaq kifayətdir”, - deyən dərnək, yollarda ölümlə nəticələnən qəzaların 84 faizinin kişilər tərəfindən törədildiyini vurğulayıb.

Bildirilib ki, paytaxt Parisdə metro dəhlizlərində və internet üzərindən həyata keçirilən kampaniyanın məqsədi “kişi sürücüləri maarifləndirmək, mentalitet və dolayısı ilə davranış dəyişikliyinə səbəb olmaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
publika.az

2Mənbələr