AZ

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - VİDEO

“Rəsmi sənəddə ayrılmışıq”.

Bu sözləri “PrimeTime.Az” “YouTube” kanalına açıqlaması zamanı müğənni Elçin Cəfərov deyib.

O, həyat yoldaşı ilə boşandığını deyib.

“Mən hər şeyə sənəd kimi baxmıram. Sənəd üzərində, bəli, ayrılmışıq. Ayrılmağımızın bütün problemləri məndədir. Çünki evin böyüyü mənəm. Hər şeydə Allahdan xeyirlisini istəmişəm”, - deyə müğənni vurğulayıb.

Qeyd edək ki, müğənni Elçin Cəfərov millət vəkili Sabir Rüstəmxanlının qızı Aydanla 2016-ci ildə ailə həyatı qurub. Onların bu evlilikdən Can adlı övladları var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
oxu.az

2Mənbələr