AZ

"Nikah müqavilələrinin imzalanmasının məcburiliyinin Qanunvericiliyə gətirilməsini təklif edirik"- Nadir Adilov

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda nikah müqavilələrinin məcburi imzalanmasının qanunvericiliyə gətirilməsini təklif edib.

QHT.az xəbər verir ki, bu barədə fikirlərini açıqlayan Nadir Adilov, belə bir tədbirin həm hüquqi, həm də sosial sahədə bir sıra problemlərin həllinə yardımçı olacağını vurğulayıb: "Tərəflər müqaviləsiz nikaha girəndə, sonradan yaranan ailə mübahisələrində əsassız məhkəmə iddiaları irəli sürürlər. Bu isə məhkəmələrin iş yükünə ciddi təsir edir. Xüsusən tərəflər bəzən əsassız qarşılıqlə iddialar da irəli sürür, amma nikahdan öncə tərəflər boşandıqda ortaya çıxacaq mübahisələri öncədən nikah müqaviləsundə nəzərə almaqla və imzalamaqla hər şeyi tənzimləyə bilərlər. Bu isə məhkəmələrə sürüklənən əsassız iddiaların da sayını kəskin azaldacaq. Yəni mübahisə predmeti ola biləcək məsələlər tərəflər arasında öncədən tənzilənməli və müqavilə imzalanmalıdlr. Əassız iddialar hüquq sistemi üçün ciddi yük, ailələr üçün isə bitib tükənməyən münaqişədir. Ona görə düşünürük ki nikah müqaviləsinin nikahdan öncə məcburi imzalanması Qanunvericilikdə öz əksini tapmalıdır".

 

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
qht.az

1Mənbələr